Voleybol yığmamız Türkiyəni də sevindirdi
01.10.2009 - 09:50
Voleybol yığmamız Türkiyəni də sevindirdi
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası Polşada keçirilən turnirdə ardıcıl üçüncü məğlubiyyətini alıb. Faiq Qarayevin yetirmələri pley-off mərhələsinin II turunda Türkiyəyə uduzub – 1:3 (23:25, 19:25, 25:17, 17:25).

Turun digər oyunlarında Almaniya Serbiyanı 3:2, İtaliya isə Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra İtaliya yığması yarımfinala vəsiqəni təmin edib. Bu gün keçiriləcək sonuncu turun nəticələrindən asılı olmayaraq, Hollandiya digər qrupda qazandığı 4 qələbə sayəsində yarımfinala yüksəlib. Milli komandamız sonuncu turda Almaniya ilə qüvvəsini sınayacaq.

yer

komanda

O

Q

M

Setlər

Toplar

X

1

İtaliya

4

4

0

12-0

304-231

8

2

Almaniya

4

3

1

9-7

356-317

7

3

Serbiya

4

2

2

9-6

320-322

6

4

Türkiyə

4

2

2

8-8

344-349

6

5

Çexiya

4

1

3

3-11

274-334

5

6

Azərbaycan

4

0

4

3-12

305-350

4

0