Yığmamızın kapitanı: Çox səhv etdik
01.10.2009 - 10:38
Yığmamızın kapitanı: Çox səhv etdik
“Türkiyə yığmasına məğlubiyyətin səbəblərindən danışmazdan əvvəl rəqibi qələbə münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko deyib.

Polşada keçirilən Avropa çempionatında keçirdikləri 5 oyunda üçü ardıcıl olmaqla, dördüncü məğlubiyyətini alan yığmamızın üzvü Türkiyə ilə qarşılaşma haqda fikirlərini açıqlayıb. Oksana türkiyəlilərin qələbəsində komandamızın daha çox “əməyi” olduğunu düşünür: “O ki, qaldı uduzmağımıza bu çoxsaylı səhvlərimizlə bağlıdır. Xüsusilə də topu qəbul edərkən xətalara çox yol verirdik. Yalnız üçüncü set istisna təşkil edirdi. Həmin hissədə də qalib gəldik. Sonrakı setdə isə yenidən səhvləri təkrarlayıb məğlub olduq”.

Qeyd edək ki, Azərbaycan yığması Türkiyəyə 1:3 hesabı ilə uduzub.
0