Roman Pavlyuçenko: Azərbaycan - Rusiya görüşü ilin oyunu olacaq
02.10.2009 - 11:46
Roman Pavlyuçenko: Azərbaycan - Rusiya görüşü ilin oyunu olacaq
Rusiyalı futbolçu Roman Pavlyuçenko Azərbaycan yığması ilə oyuna böyük önəm verir. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Tottenhem” klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycanla görüşlər öncəsi zədəsini bərpa edib. Artıq ümumi qrup halında çalışmalara qatılan Pavlyuçenko klubu ilə son görüşdə oyun praktikasına malik olacağına ümid etsə də, bu, baş verməyəcək.

Belə ki, Romanı səfər oyununa aparmayan “Tottenhem”in baş məşqçisi Harri Rednapp səfər görüşünün iştirak ərizəsinə üç hücumçu – Robbi Kin, Piter Krauç və Cermen Defonu daxil edib: “Bəli, komanda ilə səfərə çıxmıram. Belə olan halda, artıq cümə günü Moskvaya milli komandanın təlim-məşq toplanışına yollana bilərəm. Son günlərdə maksimal güclə məşq edirdim. Başa düşürdüm ki, bizi qarşıdakı ilin oyunları – Rusiya – Almaniya və Azərbaycan – Rusiya görüşləri gözləyir. Klubdakı vəziyyətimə gəlincə, yalnız bir şeyi deyə bilərəm ki, bundan sonra da oyun praktikası olmazsa, çox güman, qışda özümə yeni komanda axtarmalı olacağam”.

Qeyd edək ki, Pavlyuçenko milli komandamızla martın 28-də Moskvadakı görüşdə (2:0) cərimə zərbəsindən vurduğu qolla hesabı açıb.
0