Milli komandamız Türkiyə çempionatının liderinə qarşı
02.10.2009 - 12:36
Milli komandamız Türkiyə çempionatının liderinə qarşı
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) növbəti rəqibi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssis Bernard Lippertin çalışdırdığı U-19-nun Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu sabah Türkiyənin “Konyaspor” klubu ilə keçirəcək. Ötən mövsüm Superliqada yerini qoruya bilməyən bu komanda hazırda çıxış etdiyi Bank Asiya birinci liqasının lideridir.

Qeyd edək ki, Türkiyədəki hazırlıq toplanışında ilk oyununu sentyabrın 30-da keçirən U-19 Superliqa təmsilçisi “Antalyaspor”a 1:2 hesabı ilə yenilib.
0