Azərbaycanlı futbolçu Almaniya çempionatında qol vurdu
02.10.2009 - 16:00
Azərbaycanlı futbolçu Almaniya çempionatında qol vurdu
Azərbaycanlı futbolçu Almaniyada fərqlənib. Apasport.az saytının məlumatına görə, bu ölkənin Kreysliqa adlanan aşağı divizionda çıxış edən Kamran adlı futbolçumuz “Türkgücü Hanau” klubunda forma geyinir. Məlum olduğu kimi, Almaniyada çoxsaylı türkiyəlilər yaşayır və “Türkgücü Hanau” da onlardan təşkil olunub. Növbəti turda evdə “Kilianstadten” klubu ilə görüşən komanda hesabda irəli olduğu matçın sonunda uduzub. “Türkgücü Hanau” ikinci əvvəlində hesabda geridə düşdüyü anda səhnəyə həmyerlimiz çıxıb. Belə ki, 65-ci dəqiqədə Kamran tarazlığı bərpa etdikdən (1:1) 10 dəqiqə sonra oyundaşı Firat vurduğu qolla komandanı irəli çıxarıb. Ancaq “Türkgücü Hanau” görüşün sonunda 5 dəqiqə ərzində müdafiədə uşaq xətaları nəticəsində iki qol buraxaraq, sonda 2:3 hesabı ilə uduzub.
0