Diniyev yenə məyus oldu
02.10.2009 - 17:40
Diniyev yenə məyus oldu
Həmyerlimiz Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” klubunun əvəzedicilərdən ibarət komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının növbəti turunda “Terek” məğlubiyyətlə barışıb. Qroznı təmsilçisi “Ximki” ilə səfər qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Meydan sahiblərinin hər hissədə bir qol vurduğu görüşdə Kərim Diniyev də iştirak edib. Baş məşqçi oğlunu oyunun 68-ci dəqiqəsində hesab 0:2 olarkən meydana buraxsa da heç nəyi dəyişə bilməyib.

Qeyd edək ki, sabah başa çatacaq XXIV turun startınadək hesabında 33 xal olan “Terek” 7-cı pillədə qərarlaşmışdı.
0