Skandinaviyadan məğlubiyyətlə
16.10.2009 - 13:12
Skandinaviyadan məğlubiyyətlə
Azərbaycanın qadın həndbolçulardan ibarət yığması 2010-cu il Avropa çempionatının seçmə mərhələsində 2-ci qrupunda ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi kollektiv İsveçin Şkövde şəhərində yerli komandanın qonağı olub. 1400 tamaşaçının izlədiyi görüşün ilk hissəsində həndbolçularımız 6:13 hesabı ilə uduzublar. Fasilədən sonra isveçlilər təzyiqi daha da artıraraq, yekunda böyük üstünlüklə qalib gəliblər - 31:11.

Milli komandamız növbəti görüşünü oktyabrın 18-də Bakıda Macarıstana qarşı keçirəcək. Qrupda üçüncü rəqibimiz isə Çexiya yığmasıdır.
0