Macarıstan yığmamıza səviyyəsini göstərdi
18.10.2009 - 22:08
Macarıstan yığmamıza səviyyəsini göstərdi
Azərbaycanın qadınlardan ibarət yığma həndbol komandası bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Macarıstan millisi ilə qarşılaşıb. Apasport.az saytının xəbərinə görə, görüş 31:15 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün qrupda ilk iki yerdən birini tutmaq lazımdır. Azərbaycan komandasının çıxış etdiyi qrupda Macarıstan yığmasından başqa, İsveç və Çexiya milli kollektivləri mübarizə aparır.

Avropa çempionatının final mərhələsi isə gələn il dekabrın 7-dən 19-dək Danimarka və Norveçdə keçiriləcək.

AzərTac
0