“Fənərbaxça”nın yeni transferi lüt çıxdı
21.10.2009 - 14:37
“Fənərbaxça”nın yeni transferi lüt çıxdı
“Fənərbaxça”nın qadın basketbolçulardan ibarət komandasına cəlb olunan avstraliyalı Penni Teylor barəsində inanılmaz fakt aşkarlanıb. Apasport.az saytının məlumatına görə, vaxtilə 28 yaşlı idmançı öz vətənində nəşr edilən jurnallardan birinə lüt şəkillər çəkdirib.

1,85 m boya malik Penni basketbol oynamaqla yanaşı, qısa müddətə modellik də edib. O, İtaliyada legioner həyatı yaşadığı dövrdə braziliyalı voleybolçu ilə tanış olaraq, evlənib və sonradan məhz həyat yoldaşının məsləhətləri əsasında podiuma çıxıb.

Ancaq Teylorun keçmişi barədə aşkarlanan fakt “Fənərbaxça” rəhbərliyini bir o qədər də narahat etmir. “Sarı-lacivərdlilər”i “Foneks Merkuri”nin heyətində ABŞ çempionu titulunu qazanmış, sabit çıxışı və fiziki göstəriciləri ilə diqqət çəkən Penninin oyunu maraqlandırır.
0