100 metrdən qol – VİDEO
23.10.2009 - 12:50
100 metrdən qol – VİDEO
Portuqaliya kuboku uğrunda yarış çərçivəsində keçirilən oyunların birində kuryoz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, “Rio Ave” klubunun ikinci liqada mübarizə aparan “Esmoriz”lə görüşündə qapıya 100 metrlikdən qol vurulub.

Bu maraqlı hadisə matçın ikinci hissəsində baş verib. “Rio Ave” hesabda 2:0 öndə olarkən, rəqib qapıçı diqqət mərkəzinə düşüb. Öz komanda yoldaşından başla ötürmə alan “Esmoriz”in qapıçısı topu tutmaq əvəzinə, qüvvətli zərbə ilə irəli vurub. Top cərimə meydançasının qarşısında yerə dəyərək, irəli çıxmış “Rio Ave”nin qapıçısının başı üzərindən tora daxil olub. Lakin bu qeyri-adi qol “Esmoriz”in məğlubiyyətdən qurtulmasına kömək etməyib. 1:2 hesabı ilə uduzan qonaqlar yarışla vidalaşıblar.
0