Püşk çəkildi, yığmamızın rəqibləri bilindi
25.10.2009 - 18:48
Püşk çəkildi, yığmamızın rəqibləri bilindi
Lüksemburqda qadın voleybolçulardan ibarət milli komandalar arasında 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının ikinci seçmə mərhələdəki rəqibləri Belarus, Gürcüstan və Bosniya və Herseqovina olub. Qrup oyunlarının ilk mərhələsi Belarusda, növbəti mərhələsi isə ölkəmizdə təşkil olunacaq. Birinci yeri tutacaq kollektiv birbaşa qitə çempionatına yollanmaq hüququna yiyələnəcək. İkinci pillədə qərarlaşacaq komanda isə üçüncü təsnifat mərhələsində mübarizə aparacaq.
0