Daha bir faciə: döşəməyə yıxıldı və öldü
26.10.2009 - 10:57
Daha bir faciə: döşəməyə yıxıldı və öldü
Portuqaliyanın “Ovarense” klubunun şərəfini qoruyan amerikalı basketbolçu Kevin Uaydmond oyun zamanı dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, onun faciəvi ölümü ölkənin şimalında yerləşən Leyriya şəhərində keçirilən “Trofey Antoniu Prataş” turnirinin 3-cü yeri uğrunda görüşün gedişində, daha dəqiq desək, hissələr arasında fasilədə baş verib. Ehtiyat oyunçular skamyasında oturan basketbolçu məşqçinin təlimatlarına qulaq asan zaman birdən döşəməyə yıxılıb. Həkim Uaydmondun ürəyini masaj etsə də, onun vəziyyəti yaxşılaşmayıb. Nəticədə idmançının həyatını xilas etmək mümkün olmayıb. “Ovarense” və “Akademika” komandaları arasında keçirilən oyun bu faciəyə görə yarımçıq dayandırılıb.
0