Öncə Türkiyə, sonra Azərbaycan - FOTO
26.10.2009 - 12:37
Öncə Türkiyə, sonra Azərbaycan - FOTO
Azərbaycanın gənc yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl və 2 bürünc medal qazanıblar. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Yarışın ilk günündə Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qalib gəlib, Toğrul Yunisli (66 kq) isə üçüncü yeri tutub. Qarşıdakı günlərdə daha iki pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunlar Orxan Paşayev (60 kq) və Şəhriyar Məmmədov (84 kq) olub. 120 kq çəkidə qüvvəsini sınamış Zaur Mehrəliyev bürünc medala layiq görülüb. Beləliklə, 6 medal qazanan yığmamız komanda hesabında Türkiyədən sonra 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, gənc yunan-Roma güləşçilərimiz İstanbula məşqçilər İlqar Abdulov və Zöhrab Abbasovun rəhbərliyi altında yollanmışdılar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil edib.
0