Əvvəl eşq-məhəbbət, sonra futbol!
29.10.2009 - 10:33
Əvvəl eşq-məhəbbət, sonra futbol!
Argentina milli komandasının baş məşqçisi Dieqo Armando Maradonanın dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Uruqvaya səfəri necə deyərlər, həm ziyarət, həm də ticarət xarakterli olub. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis Uruqvay yığması ilə oyundan bir gün öncə özündən 28 yaş kiçik müğənni və maneken Natalya Munislə görüşüb.

20 yaşlı gözəlçə mətbuata açıqlamasında Maradona ilə romantik və atəşli bir gecə keçirdiyini bildirib. Natalya deyib ki, əfsanəvi futbolçu özünü çox alicənab aparıb. Deyəsən, Maradonanın uruqvaylılarla matçda qazandığı uğur onun Natalyadan aldığı müsbət enerji sayəsində mümkün olub. Nə bilmək olar, bəlkə də Munislə görüş olmasaydı, baş məşqçi Uruqvayı minimal hesablı məğlub edib, dünya çempionatına vəsiqə əldə etməzdi.

Təsadüfi deyil ki, Maradona oyundan sonra da seksual xanıma zəng vurub və onu gələn il Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına dəvət edib.
0