Bu gün Azərbaycan çempionatı start götürür
30.10.2009 - 00:08
Bu gün Azərbaycan çempionatı start götürür
Bu gün basketbol üzrə 17-ci Azərbaycan çempionatının birinci dəstəsinin oyunlarına start veriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 11 komanda mübarizə aparacaq.

Birinci yarımqrupda “Şəki”, “Sumqayıt”, “Təhsil”, “Gənclik-AzTU”, Bakı Dövlət Universiteti və NTD komandaları qüvvəsini sınayacaq.

İkinci yarımqrupda isə mübarizə “Cəlilabad”, Azərbaycan Dövlət Dillər Universiteti, “Gəncə”, “Renat” və “Makkabi” arasında gedəcək.

Oyunlar “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. İlk üç yeri tutmuş komandalar yüksək dəstədə çıxış etmək hüququ qazanacaq.

AzərTac
0