Milli komandanın futbolçusu seksual xanımını boşayır
30.10.2009 - 13:37
Milli komandanın futbolçusu seksual xanımını boşayır
Rumıniya yığmasının futbolçusu Yanis Ziku həyat yoldaşından ayrılır. Apasport.az saytının məlumatına görə, Buxarestin “Dinamo” klubunun şərəfini qoruyan futbolçunun Mixaela Tudorla ailə həyatı uzun sürməyib.

Cəmi bir neçə ay əvvəl təmtəraqlı toy təşkil edən cütlük bütün Rumıniyanın diqqətini cəlb etmişdi. “Miss Bikini” müsabiqəsinin qalibi olan gözəlçə ilə Yanisin boşanması həmyerliləri tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, Rumıniya mətbuatı həm toy, həm də boşanmanın sevgi ilə bağlılığı olmadığını iddia edir. Onların fikrincə, Yanislə Mixaela hər şeyi populyarlıq qazanmaq üçün təşkil ediblərmiş.
0