İki ölkədən dörd medalla
30.10.2009 - 15:47
İki ölkədən dörd medalla
Azərbaycan boksçuları iki müxtəlif ölkədə keçirilmiş beynəlxalq turnirdə 4 medal qazanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Rusiyada təşkil olunmuş yarışda 3 həmyerlimiz fəxri kürsüyə yüksəlib. Emil Əhmədov (69 kq) qızıl, Araz İmaməliyevlə (48 kq) Fərid Paşayev (+91 kq) isə bürünc medala layiq görülüb.

Qazaxıstanda baş tutan turnirdə də əliboş qalmamışıq. Həmin yarışda 81 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qızıl medala sahib çıxıb.
0