Xatirə turnirinə start - FOTO
31.10.2009 - 14:06
Xatirə turnirinə start - FOTO
Masallı Olimpiya İdman Kompleksində Azərbaycanın əməkdar məşqçisi, idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr (1996-1997-ci illər) arasında respublika turniri start götürüb. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Turnirin keçirilməsində məqsəd əməkdar məşqçi Nadir Ağayevin xatirəsini yad etmək, yeniyetmələri vətənpərvər ruhda tərbiyə etmək və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaqdır. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən turnirə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələri üzrə (hər çəki dərəcəsində 1 idmançı) 17 komandanı təmsil edən 142 pəhləvan qatılıb.

Yarışı AGF və Masallı rayon Gənclər və İdman İdarəsi təşkil edib. Turnirdə fəxri kürsüyə yüksələcək idmançılar AGF tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.
0