Elvin Məmmədov İspaniyaya gedir
31.10.2009 - 17:51
Elvin Məmmədov İspaniyaya gedir
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası noyabrın 6-da İspaniyanın Viqo şəhərində keçiriləcək Avropa birinciliyinə qatılacaq.

Yığmamızın baş məşqçisi Gündüz Abdullayevin Lent.az-a verdiyi məlumata görə, 3 gün davam edəcək yarışda ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Faiq Tanrıverdiyev (50 kq), Eldar Qurbanov (54 kq), Nicat Haqverdiyev (58 kq), Səbuhi İsmayılzadə (67 kq), Elvin Məmmədov (72 kq), Aydın Bəhmalov (78 kq) və Allahşükür Zülfüqarlı (84 kq) qüvvəsini sınayacaq.

Qızların yarışında isə Nübar Hacıyeva (47 kq), Seuqnmi Li (59 kq) və Günay Ağakişiyeva (63 kq) çıxış edəcəklər.

Yığmamız İspaniyaya noyabrın 4-də yollanacaq.
0