Ermənistan yığması Bakıya gələcək?
31.10.2009 - 17:54
Ermənistan yığması Bakıya gələcək?
Ermənistanın sərbəst güləş yığması gələn ilin aprelində Bakıda keçiriləcək Avropa çempionatında iştirak edə bilər. Apasport.az saytının xəbərinə görə, bu ölkənin sərbəst güləş yığmasının baş məşqçisi Araik Baqdatyan bildirib ki, bunun üçün onun yetirmələri çempionata ciddi hazırlaşırlar.

Baş məşqçi Bakıda keçiriləcək Avropa çempionatına qatılacaqlarının hələ dəqiq olmadığını deyib. Araik Baqdatyan güləşçilərin şəhərimizə gəlib-gəlməyəcəklərini Ermənistan hökumətinin verəcəyi qərardan sonra məlum olacağını vurğulayıb.

Xatırladaq ki, Ermənistan güləşçiləri artıq bir dəfə 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında iştirak ediblər.

Mənbə: anspress.com
0