Şok: Yığmanın futbolçusu başından güllələndi
02.11.2009 - 15:29
Şok: Yığmanın futbolçusu başından güllələndi
Argentinada sui-qəsd cəhdi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin milli komandasının keçmiş futbolçusu Fernando Kaseres güllələnib. 40 yaşlı veteran müdafiəçiyə dünən idarə etdiyi avtomobildə baş nahiyəsindən güllə vurulub. Hadisədən bir qədər sonra maşının içində huşsuz halda tapılan Kaseres dərhal xəstəxanaya yerləşdirilib. Hazırda o, koma vəziyyətindədir. Argentina polisi günahkarları tapa bilməsə də, futbolçunun qətlə yetirilmək məqsədilə vurulduğunu bildirib.

Xatırladaq ki, 1992-97-ci illərdə Argentina yığmasının şərəfini qorumuş Kaseres Amerika Kubokunu qazanıb. Öz vətənində “River Pleyt”, “Boka Xuniors” kimi klubların formasını geyinmiş argentinalı İspaniyada “Valensiya” və “Saraqosa”da da oynamağa imkan tapıb. O, peşəkar karyerasını iki il öncə bitirib.
0