“O, mənim başımı bir şokoladla da aldada bilər” - FOTO
04.11.2009 - 16:32
“O, mənim başımı bir şokoladla da aldada bilər” - FOTO
İspaniyanın “Real” klubunun futbolçusu Fernando Qaqonun sevgilisi özündən heç də az məşhur deyil. Apasport.az saytının məlumatına görə, Argentina yığmasının şərəfini qoruyan yarımmüdafiəçi model, eyni zamanda aktrisa Luli Fernandeslə eşq macərası yaşayır. Cazibədar xanım öncə argentinalı tennisçi Qaston Qaudio, ardından rok ulduzu Mayk Caqqerlə əlaqədə olub.

Lulinin Fernando ilə tanışlığı isə çox maraqlı alınıb. Seksual model bir müddət Qaqoya müraciətlə “O, mənim başımı bir şokoladla da aldada, məni asanlıqla əldə edə bilər. Ancaq gözü futboldan başqa heç nə görmür” demişdi. Məhz bu sözlərdən sonra gənc futbolçu Luliyə vurulub.
0