Dünya çempionatına 18 idmançı ilə
05.11.2009 - 10:16
Dünya çempionatına 18 idmançı ilə
Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət kumite və kata üzrə yığmaları Mərakeşin paytaxtı Rabatda keçiriləcək sayca 6-cı dünya çempionatında iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə Əlaqə Xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi 3 yaş qrupu üzrə 14 oğlan və 4 qız təmsil edəcək.

14-15 yaşlı yeniyetmələrin kumite turnirində Elmin Ağayev (52 kq), Dəmirəl Vahabzadə (70 kq), Fəyyaz İldırımzadə (+70 kq) və Fəridə Abiyeva (+54 kq), kata nümayişində isə Ağabəy Mirzəyev qüvvəsini sınayacaq.

Əli Hüseynov (55 kq), Tural Ələkbərli (61 kq), Ayxan Mamayev (68 kq), Səid Quliyev (76 kq), Asiman Qurbanlı (+76 kq), İlahə Qasımova (53 kq), Sura Fərəcəli (59 kq) 16-17 yaşlı gənclərin kumite yarışlarında, Elvin Eyvazov, Tural Balcanlı və Musa Musayev isə həmin yaş qrupunun kata turnirində çıxış edəcək. 18-20 yaşlı gənclər arasında isə kumite yarışlarına 3 idmançımız - Məhəmməd Quliyev (68 kq), Sənan Əliyev (78 kq)və Novruz İsmayılov (+78 kq) qatılacaq. Həmçinin, beynəlxalq dərəcəli hakim Yusif Məmmədov da nüfuzlu yarışda ədalət təmsilçiləri arasında olacaq.

Kumite üzrə yığmamızın baş məşqçisi Rəhman Hətəmov bir sıra mötəbər yarışların qalib və mükafatçıları Elmin Ağayev, Səid Quliyev və Məhəmməd Quliyevin medal qazanmaq şansının daha çox olduğunu bildirib. Kata nümayişi üzrə komandamızın baş məşqçisi Vahid Ayvazovun da yetirmələri yüksək pillələrə iddialıdır. Həmvətənlərimiz Rabata Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında noyabrın 10-da yollanacaqlar. Dünya çempionatı 12-15 noyabr aralığında keçiriləcək.
0