Dünya çempionu: Azərbaycan futbolçuları qanımı elə qaraltdı ki...
05.11.2009 - 15:40
Dünya çempionu: Azərbaycan futbolçuları qanımı elə qaraltdı ki...
Azərbaycan futbol yığması peşəkar boks üzrə dünya çempionu Nikolay Valuyevin kefini pozub. Apasport.az saytının məlumatına görə, WBA versiyasında super ağır çəkidə planetin ən güclüsü olan idmançı Rusiya milli komandasının 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində yığmamızla Bakıdakı heç-heçəsindən (1:1) sonra çox məyus olub.

“Milli komandamızın son iki oyunu - Almaniya və Azərbaycanla görüşləri izləyə bilmədim. Çünki həmin vaxta hazırlıq prosesim, həmçinin məşq xarakteri daşıyan döyüşlərim təyin olunmuşdu. Amerikalı sınaqçı-rəqiblərə izah edə bilmərəm ki, bizim görüşlər futbol oyununa baxacağım üçün təxirə salınır. Fikirləşirdim ki, matçların videoyazısını izləyərəm. Ancaq Almaniyaya məğlubiyyət və Azərbaycanla heç-heçə haqda eşidəndə çox pərt oldum. Qanım elə qaraldı ki, bundan sonra videoyazını da izləmədim” - deyə Valuyev vurğulayıb.

Qeyd edək ki, dünya çempionu noyabrın 7-də britaniyalı Devid Heyllə döyüşdə titulunu qorumağa çalışacaq.
0