Futbolçunun 21 yaşlı yaşıl gözlü sevgilisi - FOTOSESSİYA
05.11.2009 - 16:39
Futbolçunun 21 yaşlı yaşıl gözlü sevgilisi - FOTOSESSİYA
Dünya futbolunun ulduzu Adriano eşqə düşüb. Apasport.az saytının məlumatına görə, “Flamenqo”nun şərəfini qoruyan braziliyalı hücumçu Kassia Kovalskiyə vurulub.

Futbolçunun 21 yaşlı yaşıl gözlü sarışın gözəlçə ilə isti münasibətləri mətbuatın diqqətindən də yayınmayıb. Onların çimərlikdə istirahət zamanı çəkilən şəkilləri yayımlanıb. Kassia Braziliyanın ULBRA Universitetində təhsil alır. Cütlük evlənmək barədə danışmağın tez olduğunu bildirib.

Qeyd edək ki, qalmaqallarla ad çıxarmış Adriano bu ilin yazında İtaliya “İnter”indən ayrılıb.
0