Daha bir xatirə turniri
07.11.2009 - 12:03
Daha bir xatirə turniri
“ABU-Arena” İdman Kompleksində 1952-ci il Helsinki Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (1993-1995-ci il təvəllüdlülər) arasında turnir keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Turnirin keçirilməsində məqsəd Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi növlərinin inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında Vətənə məhəbbət hislərini aşılamaq və ehtiyat qüvvələri aşkar etməkdir. 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələri üzrə keçiriləcək yarışa region birinciliklərində qalib gəlmiş pəhləvanlar qatılacaq.

Yarışın açılış mərasimi noyabrın 9-da saat 17:00-da “ABU-Arena” İdman Kompleksində baş tutacaq. Üç gün davam edəcək turnirin qalibləri medal, diplom və mükafatlarla təltif ediləcək.
0