Azərbaycan yığması birinci pillədə - FOTO
07.11.2009 - 13:55
Azərbaycan yığması birinci pillədə - FOTO
Gəncədə İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ənənəvi yarışın təşkilində məqsəd əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq olub.

AGF, qurumun 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Gəncə Olimpiya Kompleksində baş tutub. Yarışa Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya (Dağıstan) yığma komandaları da qatılıblar.

Azərbaycan komanda hesabında 1-ci yerə çıxıb. Gərgin və maraqlı mübarizələrdə qalib adını Mahmud Maqomedov (55 kq, Azərbaycan), Malkaz Kurdiani (60 kq, Gürcüstan), Emin Əzizov (66 kq, Azərbaycan), Hacı Hacıyev (74 kq, Dağıstan), Arçil Kitiaşvili (84 kq, Gürcüstan), Elizbar Odikadze (96 kq, Gürcüstan) və Müslüm Müslümov (120 kq, Azərbaycan) qazanıblar. Qaliblərə diplom, medal və mükafatlarla təltif ediliblər.
0