Taekvondoçularımız Avropa çempionatından medalsız qayıdırlar
09.11.2009 - 11:30
Taekvondoçularımız Avropa çempionatından medalsız qayıdırlar
İspaniyanın Viqo şəhərində 21 yaşadək taekvondoçular arasında ilk Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, 30 ölkədən 350 idmançının mübarizə apardığı yarışda Azərbaycan taekvondoçuları da qüvvələrini sınayıblar.

Gündüz İsmayılovun rəhbərlik etdiyi yığmamızda 7 oğlan və 3 qız idmançı yer alıb. Lakin onlardan heç biri fəxri kürsüyə yüksələ bilməyib. Təmsilçilərimizdən bir neçəsinin medal qazanmaq şansı olsa da, bu fürsətdən yararlanmaq müşkülə çevrilib.

Qitə birinciliyi Türkiyə milli komandası üçün möhtəşəm alınıb. Qardaş ölkənin taekvondoçuları 6 qızıl, 2 gümüş və 4 bürünc medala yiyələniblər. Yekunda Türkiyə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə komanda hesabında 1-ci yeri tutub.
0