“Qalatasaray”la oyunumuzun vaxtı dəqiqləşdi
13.11.2009 - 11:46
“Qalatasaray”la oyunumuzun vaxtı dəqiqləşdi
Qadın voleybolçulardan ibarət klublarımızın avrokuboklarda keçirəcəkləri ilk oyunların başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ən aşağı reytinqə malik “Çağırış” kubokunda qüvvəsini sınayacaq “İqtisadçı”nın İstanbulda “Qalatasaray”la görüşü dekabrın 2-də baş tutacaq. Qarşılaşmanın start fiti yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) çalınacaq. Həmin gün Bakı vaxtı ilə saat 21:00-da “Azərreyl”, bundan 1 saat sonra isə “Lokomotiv” meydana çıxacaq.

Kişi voleybolçuların avrokubok yarışında yeganə təmsilçimiz “Azərneft”in birinci görüşünün vaxtı hələlik dəqiqləşməyib. Bütün klublarımız cavab matçlarını 8-10 dekabr aralığında ölkəmizdə keçirəcəklər.

“Çağırış” kuboku, ikinci mərhələ
Qadınlar

2 dekabr, saat 20:00 “Qalatasaray” (Türkiyə) - “İqtisadçı”

2 dekabr, saat 22:00 RAANANA (İsrail) - “Lokomotiv”

Kişilər
2-3 dekabr “Foinikas” (Yunanıstan) - “Azərneft”

CEV kuboku, 1/16 final
Qadınlar

2 dekabr, saat 21:00 “SVS Post Şveşat” (Avstriya) - “Azərreyl”

1-3 dekabr “Qvardiya” (Polşa) - “Rabitə”

Qeyd: Oyunların başlanma vaxtı Bakı vaxtı ilə göstərilib
0