3 cüdoçumuz Avropa çempionu oldu
13.11.2009 - 23:34
3 cüdoçumuz Avropa çempionu oldu
İtaliyanın Linyano şəhərində veteran cüdoçular arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, həmvətənlərimiz qitə birinciliyində artıq 3 qızıl medal qazanıblar.

100 kq çəkidə Fərhad Rəcəbli və Məhəmməd Müslümzadə (+100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların yarışında isə Zülfiyyə Hüseynova (78 kq) Avropa çempionu adına sahib çıxıb.
0