“Bu çox dəhşətlidir, Azərbaycana uduzduğumuza görə xəcalət çəkirik”
19.11.2009 - 15:53
“Bu çox dəhşətlidir, Azərbaycana uduzduğumuza görə xəcalət çəkirik”
“BƏƏ və Azərbaycan yığmalarına uduzub, turnirdə sonuncu olmağımız bizi məyus etməyə bilməz. Bu çox dəhşətli idi”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya milli komandasının futbolçusu Mario Liçka deyib.

BƏƏ-də təşkil olunan yarışda milli komandada debüt edən 27 yaşlı yarımmüdafiəçi yığma karyerasının belə uğursuz başlamasına üzüldüyünü etiraf edib. Milli komandamıza 0:2 hesablı məğlubiyyətdən sonra Mario bədbinliyə qapılıb. O, bundan sonra ığma karyerasının davam edəcəyinə də şübhə ilə yanaşır: “Buna görə xəcalət çəkirikmi? Nə deyim... Yəqin ki, belə demək olar. Həm BƏƏ, həm də Azərbaycan şübhəsiz ki, bizdən yaxşı oynadı. Lakin məğlubiyyətimizə bəraət qazandıran amillər daha çoxdur. Məsələn, meydançaların səviyyəsi, azarkeşimizin olmaması. Əslində, bu rəqiblərin hər ikisini asanlıqla udmalı idik. İndi isə qərarı baş məşqçimiz Mihal Bilek verəcək: bundan sonra yığmaya kimi çağırsın, kimi isə yox”.
0