Yaşıl meydançada daha bir ölüm
19.11.2009 - 16:09
Yaşıl meydançada daha bir ölüm
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) faciəvi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Əl-Nasr” klubunda forma geyinən 31 yaşlı futbolçu Salem Saad Mübarək ürək çatışmazlığından ölüb. O, şərəfini qoruduğu komandanın heyətində məşq zamanı huşunu itirib.

Dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Salem Saad iki saatdan sonra vəfat edib. BƏƏ yığmasında 39 oyun keçirmiş Mübarək sözügedən ölkədə məşq zamanı həyatla vidalaşan ilk idmançıya çevrilib.

Qeyd edək ki, bu, son 9 gündə 3-cü futbolçu ölümüdür. Noyabrın 10-da Almaniya yığmasının və “Hannover 96” klubunun qapıçısı Robert Enke özünü qatarın altına ataraq, intihar edib. Ayın 15-də isə Yunanıstanın “Larissa” komandasının meksikalı hücumçusu Antonio De Niqris ürək çatışmazlığından vəfat edib.
0