Qeyri-adi qərar: bütün oyunçular yığmadan qovuldu!
19.11.2009 - 18:18
Qeyri-adi qərar: bütün oyunçular yığmadan qovuldu!
2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən Qana milli komandasının futbolçuları cəzalandırılıblar. Apasport.az saytının məlumatına görə, ölkənin idman naziri Fodeba İsto Keyra qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacarmayan yığmaya ağır cəza verib.

Qrup mərhələsi bitən kimi, 6 oyuna 3 xal toplamış komandanın baş məşqçisi Mamadi Souare və köməkçilərini işdən qovan nazir sakitləşə bilmədiyini görüb, oyunçularla bağlı da qərar çıxarıb. Keyra bütün futbolçuları yığmadan qovduğunu və onların milli komandaya bir daha çağırılmayacağını bəyan edib.
0