“Araz”dan Latviya çempionuna futzal dərsi
20.11.2009 - 09:32
“Araz”dan Latviya çempionuna futzal dərsi
Futzal üzrə UEFA kubokunun elit raundunun ilk turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil olunan D qrupu çərçivəsində 2 görüş baş tutub. Günün ilk oyununda meydan Qazaxıstanın “Kayrat” və Yunanıstanın “Atina-90” klublarının ixtiyarına verilib. Qrupun favoritlərindən sayılan “Kayrat” ciddi müqavimətə rast gələrək, çətin qələbə qazanıb - 3:2. Azərbaycan çempionu “Araz” isə Latviya “Nikars”ını 7:1 hesabı ilə məğlub edib. Komandamızın qollarını Rodriqes Paz (2), Vitali Borisov (2), Serjio Luis (2) və Santos vurublar.

D qrupunda növbəti oyunlar bu gün keçiriləcək. “Nikars” “Kayrat”la saat 18:30-da, “Araz” isə “Atina-90”la saat 21:00-da qüvvəsini sınayacaq.
0