“Araz” Avropada ikinci yerdə
20.11.2009 - 11:01
“Araz” Avropada ikinci yerdə
Naxçıvanın “Araz” komandası futzal üzrə UEFA kubokunun elit raunduna ən uğurla başlayan Avropa klubları sırasında yer alıb. Apasport.az saytının məlumatına görə, ilk turda Latviyanın “Nikars” klubunu darmadağın edən (7:1) naxçıvanlılar mərhələnin ən böyük hesablı qələbələrindən birinə imza atıblar. Qitənin ən güclü 16 komandasının iştirakı ilə keçirilən elit raundun ilk 8 matçında yalnız bir komanda daha inamlı təsir bağışlayıb. İspaniya “Mursiya”sı Gürcüstan çempionu “İberiya”nı daşını daş üstə qoymayıb - 12:0. “Luparense” (İtaliya) də “Araz” kimi, 6 top fərqi ilə qalib gəlib. Lakin italiyalılar Belçika “Şarlerua” komandası ilə görüşdə daha az qol vurub (6:0).

Qeyd edək ki, “Araz” oyunlarını Bakı İdman Sarayında keçirir. Təmsilçimiz növbəti turlarda bu gün “Atina-90” (Yunanıstan), sabah isə “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.
0