“Qala” başlayır, rəqibləri gözləyir
26.11.2009 - 18:35
“Qala” başlayır, rəqibləri gözləyir
Kişilər arasında basketbol üzrə XVII Azərbaycan çempionatının yüksək dəstəsinin yarışlarına start verilir. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 28-də “Olimp” İdman Kompleksində başlayan yarışda 6 komanda iştirak edir.

“Qala”, “AKİ-İnter”, “AzTOP”, “NTD-Araz”, “Cəlilabad” və “Gəncə”nin çıxış etdiyi birincilik iki mərhələdən ibarətdir. İlk mərhələdə komandalar dairəvi üsulla üç dövrədə yarışacaqlar. Birinci mərhələnin ümumi nəticəsinə əsasən, ilk dörd yeri tutmuş komanda Azərbaycan çempionu adı uğrunda mübarizəni davam etdirəcək. 2010-cu ilin mayınadək davam edəcək bu yarışın qalibi Azərbaycan Basketbol Federasiyası tərəfindən mükafatlandırılacaq.

Şənbə günü keçiriləcək ilk turda “Qala” “Gəncə” (saat 12:00-da başlayır), “AKİ-İnter” “Cəlilabad” (14:00), “AzTOP” isə “NTD-Araz”la (16:00) qarşılaşacaq.
0