“Turan” – “Neftçi” matçının nəticəsi əvvəldən məlum imiş - YENİLƏNİB
05.12.2009 - 15:52
“Turan” – “Neftçi” matçının nəticəsi əvvəldən məlum imiş - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasının XIII turunda daha iki oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, bu qarşılaşmalardan biri Sumqayıtda, digəri Tovuzda baş tutub.

“Altılığ”a düşməyə can atan son ölkə çempionu “Bakı” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda autsayder “Standard”ın qonağı olub. 7 topun vurulduğu bu qarşılaşmadan Bülənt Korkmazın yetirmələri qələbə ilə ayrılıblar – 4:3.

Tovuzda isə yerli “Turan” paytaxtın “Neftçi” klubunu qəbul edib. İlk yarı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu matçın fasiləsində saytımıza qeyri-rəsmi mənbədən şok xəbər daxil olmuşdu. Mənbənin bildirdiyinə görə, oyunun nəticəsi əvvəlcədən müəyyənləşdirilib və “Turan” ikinci hissədə öz qapısından 3 top buraxacaq. Maraqlıdır ki, deyilənlər öz əksini tapıb və “Neftçi” ikinci 45 dəqiqədə yerli futbolçuların köməyi ilə 3 qol “vuraraq” qələbə qazanıb.

Biz eşitdiyimizi yazdıq. Qoy indi inkişafdan dəm vuran AFFA və PFL rəhbərliyi bu barədə düşünsün!


5 dekabr

14:00. “Standard” – “Bakı” - 3:4

QOLLAR: Maçado, 34 (penaltidən); 42, Rikelme, 90+1 - Bəxtiyar Soltanov, 9; 68; Jaba, 21; Şoliç, 84
Baş hakim: Fariz Yusifov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

14:00. “Turan” – “Neftçi” - 2:3
QOLLAR: Oleq Xromtsov, 23; Cavid Tağıyev, 30 - Adrian Neaqa, 64; 85; Kruqlov, 82
Baş hakim: Əfqan Həmzəyev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

Qeyri-rəsmi mənbələrdən saytımıza verilən məlumata görə, 2 top fərqi ilə geridə olmasına baxmayaraq, “Neftçi” meydanı xalsız tərk etməyəcək. Belə ki, ikinci hissədə “Turan” öz qapısından 3 top buraxaraq, rəqibinə 3 xal “hədiyyə” edəcək.


6 dekabr

14:00. “Muğan” – “Simurq”

Baş hakim: Azad Mütəllimov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:0

14:15. “Qəbələ” – “Qarabağ”
Baş hakim: Anar Salmanov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

18:00. “İnter” – “Xəzər-Lənkəran”
Baş hakim: Rövşən Əhmədov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1

4 dekabr

14:00. “Olimpik-Şüvəlan” - “Karvan” - 4:0

QOLLAR: Draqan Mandiç, 12; Anatoli Doroş, 50; Aleksandr İntskirveli, 52 (avtoqol); Nuqzar Kvirtiya, 69
Baş hakim: Rauf Cabbarov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 3:2

1

"İnter"

12

8

2

2

24-12

26

2

"Qarabağ"

12

8

2

2

12-6

26

3

"Simurq"

12

7

3

2

16-10

24

4

"Neftçi"

13

7

2

4

13-9

23

5

"Xəzər-Lənkəran"

12

6

4

2

16-6

22

6

"Qəbələ"

12

6

3

3

16-14

21

7

"Bakı"

13

6

2

5

12-13

20

8

"Olimpik-Şüvəlan"

13

4

4

5

15-15

16

9

"Turan"

13

3

2

8

17-21

11

10

"Muğan"

12

3

2

7

7-17

11

11

"Standard"

13

1

2

10

12-24

5

12

"Karvan"

13

1

2

10

10-23

5


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 7.
0