“Lider” TV-də 2 günə 4 oyun
07.12.2009 - 17:21
“Lider” TV-də 2 günə 4 oyun
Sabah qadın voleybolçulardan ibarət “Azərreyl” klubu CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız Bakı İdman Sarayında Avstriya “SVS Post”unu qəbul edəcək. İlk görüşdə qələbə qazanmış voleybolçularımızın növbəti mərhələyə vəsiqə əldə etmək şansları yüksək qiymətləndirilir.

“Azərreyl” başqa iki gün ərzində paytaxtımızda daha 4 avrokubok oyunu keçiriləcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, 5 görüşdən 4-ü “Lider” telekanalı ilə canlı yayımlanacaq. Televiziya tamaşaçıları yalnız “Azərneft” - “Foinikas” oyununa baxa bilməyəcəklər. Bütün qarşılaşmalar Bakı İdman Sarayında baş tutacaq.

8 dekabr, saat 18:00
CEV kuboku, 1/16 final
Qadınlar

“Azərreyl” - “SVS Post” (Avstriya)
İlk oyun - 3:2

9 dekabr, saat 16:00
“Çağırış” kuboku, ikinci mərhələ
Kişilər

“Azərneft” - “Foinikas” (Yunanıstan)
İlk oyun - 2:3

saat 18:30
“Çağırış” kuboku, ikinci mərhələ
Qadınlar

“Lokomotiv” - RAANANA (İsrail)
İlk oyun - 2:3

10 dekabr, 16:00
“Çağırış” kuboku, ikinci mərhələ
Qadınlar

“İqtisadçı” - “Qalatasaray” (Türkiyə)
İlk oyun - 0:3

saat 18:30
CEV kuboku, 1/16 final
Qadınlar

“Rabitə” - “İmpel Qvardiya” (Polşa)
İlk oyun - 3:1
0