“Rabitə” də növbəti mərhələyə çıxdı - YENİLƏNİB
10.12.2009 - 20:24
“Rabitə” də növbəti mərhələyə çıxdı -  YENİLƏNİB
Bu gün Bakıda yenə voleybol həyəcan yaşanacaq. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında öncə “Çağırış”, ardınca isə CEV kuboku uğrunda yarış çərçivəsində oyun keçiriləcək. Bu qarşılaşmalarda müvafiq olaraq, “İqtisadçı” və “Rabitə” çıxış edəcək. Ötən həftə səfərdə “Qalatasaray”a uduzmuş “İqtisadçı”dan fərqli, “Rabitə”nin növbəti mərhələyə çıxmaq şansı yüksəkdir.

Xatırladaq ki, son iki gündə 3 klubumuz - “Azərreyl”, “Azərneft” və “Lokomotiv” avrokuboklarda mərhələ adlayıb.

10 dekabr
Qadınlar
“Çağırış” kuboku, ikinci mərhələ

16:00. “İqtisadçı” - “Qalatasaray” (Türkiyə) - 0:3 (14:25; 23:25; 14:25)
İlk oyun - 0:3
Görüşün əvvəlindən təşəbbüsə yiyələnən “Qalatasaray” təmsilçimizdən açıq-aşkar üstün oyun nümayiş etdirdi. Buna görə də istanbullular “İqtisadçı”nı birinci setdə asanlıqla məğlub etdilər - 25:14. Artıq indidən Türkiyə klubunun növbəti mərhələyə yüksəldiyi dəqiqdir.
İkinci setdə “İqtisadçı” rəqibinə bir qədər ciddi müqavimət göstərdi. Hər halda, komandamızın gücü 23 xala çatdı və “Qalatasaray” 2:0 hesabı ilə önə keçdi.
Oyunun ssenarisi üçüncü setdə də dəyişmədi. “Sarı-qırmızılılar” yenə 25:14 hesabı ilə qalib gələrək, paytaxtımızda qələbə sevinci yaşadılar.

CEV kuboku, 1/16 final
saat 18:30. “Rabitə” - “İmpel Qvardiya” (Polşa) - 3:1 (25:15; 23:25; 25:15; 25:23)
İlk oyun - 3:1
Birinci set Voleybolçularımızın üstünlüyü ilə başa çatan setdə komandamız rəqibini 10 xallıq fərqlə məğlub edib - 25:15.
İkinci set Rəqib hesabı bərabərləşdirir. Voleybolçularımızın səylərinə baxmayaraq, “İmpel Qvardiya” qısa fasiləyə 25:23 hesablı qələbə ilə çıxır
Üçüncü set Voleybolçularımızın növbəti qələbəsi də 10 xallıq fərqlə olur. Bununla da, komandamız hesabda irəli çıxır.
Dördüncü set Komandamız yenə rəqibindən üstün olaraq, 25:23 hesablı qələbə qazanır və CEV kubokunun 1/8 finalında iştirak hüququna yiyələnir.
0