“Qalatasaray” Bakını devirdi”
11.12.2009 - 12:29
“Qalatasaray” Bakını devirdi”
Türkiyə mətbuatı “Çağırış” kuboku yarışının ikinci mərhələsində Bakı İdman Sarayında qadın voleybolçular arasında keçirilmiş “İqtisadçı” - “Qalatasaray” oyununa yer ayırıb. Apasport.az saytının məlumatına görə, belə məqalələrdən birinə “Qalatasaray” Bakını devirdi” başlığı seçilib.

Yazıda “Cim Bom”un “İqtisadçı” üzərində 3:0 hesablı asan qələbə qazandığı vurğulanıb. Bundan başqa, “Qalatasaray”ın baş məşqçisi Gökhan Edman jurnalistlərlə fikirlərini bölüşüb. O, paytaxtımıza səfərdən razı qaldığını gizlətməyib: “Azərbaycanda olduğuma görə çox şadam. Burada bakılı dostlarımla görüşdüm”.

Edman bildirib ki, bir neçə gün öncə “İqtisadçı”da baş məşqçi dəyişikliyi edilsə də, işlər tezliklə qaydaya düşəcək: “İqtisadçı” komandasının gələcəkdə daha yaxşı oynayacağını düşünürəm”.

Xatırladaq ki, “İqtisadçı” “Qalatasaray”a hər iki qarşılaşmada 0:3 hesabı ilə uduzaraq, mübarizəni vaxtından əvvəl dayandırıb.
0