Milli komandamızda oynayan voleybolçu yenə soyundu - FOTO
17.12.2009 - 14:52
Milli komandamızda oynayan voleybolçu yenə soyundu - FOTO
Fransada idmançıların çılpaq şəkilləri əks olunan növbəti təqvim işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin təqviminin səhifələrini məşhur “Kann” klubunun voleybolçuları bəzəyib.

Ardıcıl 5-ci dəfə ölkə çempionu olan gözəlçələr bir il əvvəl olduğu kimi, yenə təqvim üçün çılpaq şəkillər çəkdirməyə razılıq verib. Komandanın kapitanı Viktoriya Ravvanın şəklinin yer aldığı səhifə isə təqvimə xüsusi gözəllik bəxş edib. 34 yaşlı xanım əsl kapitan kimi, sanki komanda yoldaşlarını da soyunmağa cəlb edib.

Xatırladaq ki, Tiflisdə anadan olan Ravva 90-cı illərin əvvəlində Faiq Qarayev tərəfindən Bakıya dəvət edilib. O, bir müddət yığmamızın şərəfini qoruyub və 94-cü ildə keçirilən dünya çempionatına yollanan heyətdə yer alıb. Daha sonra Türkiyədə legioner həyatı yaşayan Ravva qeydiyyatını Fransaya dəyişib. Hazırda Fransa vətəndaşı olan Ravva indi bu ölkənin milli komandasının şərəfini qoruyur.
0