Yığmanın bütün oyunçuları erotik fotosessiyada
22.12.2009 - 17:43
Yığmanın bütün oyunçuları erotik fotosessiyada
Belarusun qadın basketbolçulardan ibarət yığmasının üzvləri ili qeyri-adi şəkildə yekunlaşdırmaq qərarına gəliblər. Apasport.az saytının məlumatına görə, onlar çılpaq soyunaraq, 2010-cu il təqvimi üçün erotik fotosessiya veriblər. Məqsəd “Spartak” un məhsulları fabrikini reklam etmək olub.

Fotosessiyada milli komandanın hər 12 üzvü - Anastasiya Veremeyenko, Olqa Masilenene, Aleksandra Tarasova, Marina Kress, Natalya Marçenko, Natalya Trofimova, Yekaterina Snıtina, Tatyana Troina, Svetlana Volnaya, Elena Levçenko, Natalya Anufrienko və Olqa Podobed iştirak ediblər. Hər ayın təqvimini onlardan birinin şəkli bəzəyib.

Qeyd edək ki, 2009-cu il ildə Belarus basketbolçuları heç də arzularına çatmayıblar. Cazibədar xanımların Latviyada keçirilən Avropa çempionatında medal qazanmaq istəkləri baş tutmayıb. Onlar 3-cü yer uğrunda görüşdə İspaniyaya uduzaraq, əla fürsəti əldən qaçırıblar.
0