Yığmanın futbolçusu dəhşətli qəzaya düşdü - FOTOSESSİYA
27.12.2009 - 15:07
Yığmanın futbolçusu dəhşətli qəzaya düşdü - FOTOSESSİYA
Argentinanın “River Pleyt” klubunun futbolçusu Dieqo Buonanotte dəhşətli avtomobil qəzasına uğrayıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi atasının “Peugeot 307” markalı avtomobili ilə bədbəxt hadisə törədib.

O, 3 dostu ilə birgə gedərkən, döngəni 65 km/saat sürətlə dönüb. Nəticədə idarəetməni itirən Dieqo maşını yaxınlıqdakı bir ağaca çırpıb. Onun hər 3 dostu – Xerardo Sunye, Aleksis Fulçeri və Emmanuila Melo hadisə yerindəcə keçinib. Argentina olimpiya yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi isə ciddi zədələnib.

Buonanotte ayağından və sinə nahiyəsindən xəsarət alıb. Onu müayinə edən həkim Eduardo Alleqrini futbolçunun vəziyyətinin sabit olduğunu deyib.
0