Bekhem meydançada soyundu - FOTOSESSİYA
11.01.2010 - 16:00
Bekhem meydançada soyundu - FOTOSESSİYA
İtaliya A seriyasının XIX turu çərçivəsində keçirilən “Yuventus” - “Milan” matçında maraqlı olay yaşanıb. Apasport.az saytının məlumatına görə, qonaqların ingilis yarımmüdafiəçisi Devid Bekhem birinci hissədə meydançada soyunub.

Belə ki, epizodların birində 35 yaşlı futbolçunun şortu cırılıb. Heç nəyə fikir verməyən Bekhem üst geyimini elə meydançadaca dəyişib. Onun bu hərəkəti çoxlarının təəccübünə səbəb olub.

Oyuna gəlincə, hesab “Milan”ın 3:0 hesablı qələbəsi ilə nəticələnib.
0