Azərbaycan milli komandası beşinci səbətdə yer aldı
13.01.2010 - 11:50
Azərbaycan milli komandası beşinci səbətdə yer aldı
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ən zəif kollektivdir. Apasport.az saytının məlumatına görə, yığmamız B divizionunda 5-ci səbətdəki yeganə yerə sahib çıxıb.

Avro-2011-in seçmə mərhələsinin püşkü yanvarın 16-da Almaniyanın Freyzinq şəhərində atılacaq. B divizionunda ümumilikdə 13 komanda 3 qrupda (1 qrupda 5 və 2 qrupda 4 kollektiv) iştirak edəcək. Basketbolçularımız sonuncu səbətdə yer aldıqlarından, 5 komandalıq qrupda yer alacağımız dəqiqdir.

Reqlamentə əsasən, seçmə oyunlar bu ilin avqustunda baş tutacaq. İstənilən halda, yığmamız Avro-2011-in final mərhələsinə düşə bilməyəcək. Çünki seçmə mərhələnin ən yaxşı iki komandasından biri olmaqla, A divizionuna vəsiqə almaq mümkündür. Litvada keçiriləcək final mərhələsinə son dünya çempionatının nəticələrinə görə, 10 kollektiv birbaşa vəsiqə qazanıb. A divizionundan isə 6 yığma onlara qoşulacaq.

B divizionu

Birinci səbət:
Çexiya, Estoniya, İsveç
İkinci səbət: Belarus, Hollandiya, İsveçrə
Üçüncü səbət: Slovakiya, Avstriya, Rumıniya
Dördüncü səbət: Kipr, Albaniya, Lüksemburq
Beşinci səbət: Azərbaycan
0