Baş məşqçidən ilginc etiraz - FOTO
13.01.2010 - 13:39
Baş məşqçidən ilginc etiraz - FOTO
Türkiyənin Sakarya şəhərində qızlar arasında keçirilən voleybol üzrə ölkə birinciliyində maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Serdivan liseyinin komandası qarşılaşmaya gecikdiyindən, onların oyunu ləğv edilib. Bu barədə qərar çıxarılan dəqiqələrdə isə liseyin voleybolçuları özlərini zala çatdırıblar. Lakin Serdivan komandasına oyuna yubandıqları və matçın keçirilməyəcəyi bildirilib.

Lakin sözügedən kollektiv bununla razılaşmayıb. Komandanın baş məşqçisi Yılmaz Ünlü işin belə alınmasında təşkilatçıları günahlandırıb: “Mənə qarşılaşmanın vaxtı haqda xəbər verilməyib. Təşkilat Komitəsi bizimlə əlaqə saxlayıb, dəqiq vaxtı deməli idi. Oyunun keçirilməsi barədə qərar verilməyənə qədər meydançanın ortasında oturacağam”.

Bunu dedikdən sonra Ünlü stulunu meydançanın ortasına qoyaraq, oturub. O, oyuna hazırlaşan digər komandaların görüşməsinə maneçilik törədib. Uzun müddət meydançanın ortasında oturan baş məşqçini hakimlərindən biri dilə tutmağı bacarıb. Serdivan lisey komandasının qarşılaşması ilə bağlı məsələyə İdarə Heyəti bir daha baxacaq və yekun qərar verəcək.
0