“Bavariya”nın sabiq futbolçusu “Qarabağ”da - FOTOSESSİYA
14.01.2010 - 14:33
“Bavariya”nın sabiq futbolçusu “Qarabağ”da - FOTOSESSİYA
“Qarabağ” baxışa daha bir legioner dəvət edib. Apasport.az saytının məlumatına görə, sloveniyalı yarımmüdafiəçi Borut Semler artıq ağdamlıların düşərgəsindədir. 25 yaşlı futbolçu karyerasına Almaniyada başlayıb. 2002-ci ildə Məşhur “Bavariya” klubunun əvəzedici komandası ilə müqavilə bağlayan Borut, 4 mövsüm ərzində 48 oyunda 10 qol vurub.

2006/07 mövsümünün ikinci dövrəsində Xorvatiyanın “Varteks” klubuna transfer olunan futbolçu iki il sonra daha güclü “Domzale”yə keçib. Bu klubla Çempionlar Liqasında da matçlarda iştirak edən Borut həmin dövrdə Sloveniya millisinə də dəvət edilib. O son 1 ili vətənində - “Drava” komandasında keçirib.
0