Ulduz idmançının ailəsini dağıdan gözəlçə - FOTOSESSİYA
15.01.2010 - 11:28
Ulduz idmançının ailəsini dağıdan gözəlçə - FOTOSESSİYA
Qolfçu Tayqer Vudsun ardından ABŞ-ın digər məşhur idmançısı Şakil O’Nil də xəyanətdə günahlandırılır. Apasport.az saytının məlumatına görə, 38 yaşlı ulduz basketbolçu həyat yoldaşı Şaunyeni aldadıb. Onun iki qadınla münasibətdə olduğunu öyrənən Şaunye ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.

ABŞ mətbuatının geniş yer ayırdığı bu qalmaqalda əsasən iki gözəlçənin adı hallandırılır. Şakil öncə Vanessa Lopes adlı modellə eşq macərası yaşayıb. Ardından basketbolçu isveçli model Dominika Uestlinqə vurulub. Mətbuata sızan bu məlumatlardan sonra Dominika daha da populyarlıq qazanıb. Kinoaktrisa olmaq istəyən 25 yaşlı sarışın xanımın şəkilləri İnternetdə yayılmağa başlayıb. Şakilin Dominika ilə münasibətdə olduğunu bildikdən sonra Şaunye boşanma ərizəsi verməkdən başqa çarə tapmayıb.

Qeyd edək ki, 2 metr 16 sm boya malik O’Nil 9 il öncə də qalmaqallı hərəkətlə yadda qalmışdı. O, Los Anceles radiolarından birinə verdiyi müsahibədə “Birgə olduğunuz qadın varmı” sualına cavabında cazibədar model Sindi Kroufordun adını çəkmişdi. Şakilin cavabından xeyli əsəbiləşən Sindinin ailəsi bu açıqlama səbəbindən tezliklə dağılmışdı.
0