Ponomaryov Türkiyə komandasında - FOTO
20.01.2010 - 13:15
Ponomaryov Türkiyə komandasında - FOTO
Futbol üzrə Türkiyə çempionatının I liqasında çıxış edən “Orduspor” klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryovu transfer edib. Lent.az-ın “Ajansspor”a istinadən verdiyi məlumata görə, Ponomaryovla 1,5 illik rəsmi müqavilə bağlanılıb.

27 yaşlı yarımmüdafiəçi “Orduspor”a keçməkdən məmnun olduğunu bildirib. Bura keçməmişdən öncə bir çox tanınmış klubda forma geymə şansı qazandığını və Azərbaycan yığmasında da yer aldığını deyən Ponomaryov bundan sonra “Orduspor”un uğuru üçün çalışacağını vurğulayıb: “Ümid edirəm ki, vuracağım qollarla komandamı hədəfinə qovuşduracağam”.

“Orduspor”a gəlməmişdən öncə İsveç çempionatının ikinci liqasındakı “Vasalund”un formasını geyən Anatoli Ponomaryov vaxtilə ölkəmizdə “Qarabağ”, “İnter”, “Bakı” klublarında çıxış edib. Onunla birgə Türkiyə klubuna İsveçin “Qvidinq” komandasının oyunçusu Mattias Bulun da keçib. “Orduspor”un prezidenti Nedim Türkmən yeni transferlərin “Orduspor”a xeyirli olmasını arzulayıb.
0