“Xəzər-Lənkəran” Bundesliqada oynamış futbolçu ilə güclənə bilər
30.01.2010 - 00:00
“Xəzər-Lənkəran” Bundesliqada oynamış futbolçu ilə güclənə bilər
“Xəzər-Lənkəran” Almaniya Bundesliqasında oynayan futbolçunu sınayacaq. Bu barədə apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Ağasəlim Mircavadovun sözlərinə görə, baxışa çağırdıqları nigeriyalı hücumçu Emaki Oparanı Lənkəranda baxışdan keçirəcək.

Opara hələ yanvarın 19-da Türkiyənin Antalya şəhərinə “Xəzər-Lənkəran”ın düşərgəsinə gəlməli olsa da, səfəri viza problemi ucbatından baş tutmadı. Son illərdə Tunisdə oynayan Emaki karyerasını ən yaxşı illərini Almaniya çempionu “Kayzerslauten” klubunda keçirib. O, bu komandanın heyətində ikinci Bundesliqada keçirdiyi il yarımda (2007-ci ilin əvvəlindən 2008-ci ilin ortasına kimi) 33 oyuna 4 qol vurub.

Mircavadov birbaşa ölkəmizə gələn Oparanı iki gündən sonra iş başında görəcək: “Türkiyədən yenicə qayıtdıqdan sonra komanda istirahətə buraxılıb. Yanvarın 31-də Lənkəranda bir araya gəlib, “Standard”la ev oyununa hazırlaşacağıq. Həmin vaxt da Orapanı yoxlayacağıq. Bizə hücumçu lazımdır. Ancaq vaxtımız da azdır. Emakiyə müəyyən səbəblərdən Türkiyədə baxa bilmədik. Fevralın 4-də də Premyer Liqamızda “transfer pəncərəsi” bağlanır. Bu müddətə kimi nigeriyalının taleyinə aydınlıq gəlməlidir”.
0